11.10.2025, 04:12
AZ EN
09.10.2024, 09:49 271

Overçuk: "Zəngəzur dəhlizinin açılması Ermənistanın öhdəliyidir"

XƏBƏRLƏR
  • Rusiya Prezidenti Vladimir Putin dünən Kreml sarayında Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla ayrı-ayrılıqda keçirilən görüşdə Zəngəzur dəhlizi mövzusunu da müzakirə edib. Ancaq həmin müzakirənin detalları barədə hər hansı açıqlama verilmir.

"Vətən səsi" xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da həmin mövzunun müzakirəsinə dair dəqiq fikir söyləməyib. O, liderlərin Zəngəzur dəhlizi məsələsini müzakirə etdiyini yalnız ehrimal olaraq bildirib: "Yəqin ki, Putinin Əliyev və Paşinyanla danışıqları zamanı Zəngəzur dəhlizi mövzusuna toxunulub".

Ermənistanın Baş naziri Nikol Paşinyan isə Moskvada MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə keçirilən iclasında deyib ki, İrəvan bu ay ərzində Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır. O, MDB liderlərin qarşısında səsləndirdiyi bu fikrin  Ermənistanın rəsmi mövqeyi olduğunu qeyd edib.

Erməni Baş nazir  razılaşdırılmış məqamlar üzrə müqaviləni imzalamağı, digər məsələlərin müzakirəsini gələcəyə buraxmağı təklif edib. Paşinyan Ermənistan və Azərbaycanın xarici işlər nazirləri sülh müqaviləsi layihəsinin təsdiqini başa çatdırmaq üçün işi gücləndirmək barədə razılığa gəldiyini də xüsusi vurğulayıb.

Nikol Paçinyan həmin iclasda Zəngəzur dəhlizindən də danışıb. O, "Zəngəzur dəhlizi" ifadəsi işlətməsə də, deyib ki, Ermənistan öz ərazisində bütün kommunikasiyaları açmağa razıdır: "Ermənistan nəqliyyatın keçidini və Naxçıvanla Azərbaycan arasında boru kəmərinin çəkilməsini təmin etməyə hazırdır: Ermənistan ərazisində təhlükəsiz tranzit bu ölkənin öhdəliyidir və biz bu təhlükəsizliyə zəmanət veririk. Beləliklə, Ermənistan qarşılıqlı suverenliyə hörmət etməklə sərhəd nəzarəti prosedurlarını sadələşdirməyə hazırdır”.

MDB Dövlət Başçıları Şurasının iclasının davam etdiyi vaxt Moskvada "Birinci kanal"a müsahibə verən Rusiya baş nazirinin müavini Aleksey Overçuk deyib ki, Zəngəzur dəhlizinin açılması Ermənistanın üzərinə götürdüyü öhdəlikdir. O, dəhlizin açılması ilə bağlı öhdəliklərin yerinə yetirilməməsi və hələ də bu məsələdə irəliləyiş olmamasına görə Ermənistanı günahlandırıb.

Aleksey Overçuk əlavə edib ki, regionda kommunikasiyaların açılması üzrə üçtərəfli işçi qrup fəaliyyət göstərsə də, qrupun həll edə biləcəyi məsələlrdə indiyədək ciddi irəliləyiş yoxdur: “Ermənistan rəsmi olaraq üçtərəfli bəyanatdan geri çəkilməyib və imzasını da geri götürməyib. Lakin iki ildir ki, baş nazirin müavinləri səviyyəsində üçtərəfli işçi qrupunun yolunda demək olar ki, heç bir hərəkət yoxdur, yaxud ötən yaydan bəri - ən azı bir il yarım, deyək”.

Overçuk onu da bildirib ki, regionda iqtisadi və nəqliyyat dəhlizlərinin blokdan çıxarılması yalnız Rusiyanın iştirakı ilə mümkündür.

Elxan SALAHOV

Oxşar xəbərlər