22.11.2024, 07:29
AZ EN
08.10.2024, 19:05 157

Petre Mamradze: Bəzi Qərb ölkələri Cənubi Qafqazda xaos və qarşıdurma yaratmaq istəyirlər

XƏBƏRLƏR
  • ABŞ-ın və bəzi Qərb dövlətlərinin Azərbaycana qarşı pozucu mövqeyi indi də Gürcüstana qarşı yönəlib. Onların bu addımları bəzi amerikalı alimlərin də təəccübünə səbəb olur. Demokratik fikirli amerikanın alimləri də etiraf edirlər ki, ABŞ hökumətinin bəzi əməlləri məhsuldar başlasa da, sonda faciə ilə başa çatır.

Bu sözləri müsahibəsində Gürcüstanda Beynəlxalq Qafqaz Universitetinin professoru, politoloq Petre Mamradze söyləyib. O bildirib ki, Azərbaycanın ərazi bütövlüyü pozulduqda, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması guya onlar üçün prioritet məsələ idi. Amma uzun illər bu istiqamətdə heç bir əməli iş görülmədi. Əksinə, Azərbaycan özü ərazi bütövlüyünü təmin etdikdən sonra rəsmi Bakıya qarşı təzyiqlər artdı. Onlar Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən quruculuq işlərinə yardım göstərmək əvəzinə ona qarşı sanksiyalardan danışırlar.

P.Mamradzenin sözlərinə görə, həmin qara qüvvələr indi də Gürcüstanı hədəfə alıblar. Gürcüstanın əraziləri işğal olunub, ancaq bu barədə danışan yoxdur:

“Mən bir neçə il bundan əvvəl bəzi amerikalı siyasətçilər və elm adamları ilə görüşürdüm. Söhbət zamanı biz Cənubi Qafqazda Azərbaycan, Ermənistan və Gürcüstana sərbəstlik verilməsi, onların inkişafına dəstək verilməsi barədə məsələlərə toxunduq. Onlar isə bu barədə suallara ya bilərəkdən, ya da bilməyərəkdən cavab vermirdilər. Əvəzində deyirdilər ki, biz sizə müdafiə üçün silahlar veririk. Gürcüstanın təhlükəsizliyinin təmin olunması üçün “javelin” raketləri veririk. Mən onlardan soruşanda ki, “siz əminsinizmi ki, bu raketlər Gürcüstanın təhlükəsizliyinə zəmanət verir?” Təəssüf ki, bu sualım da demək olar ki, cavabsız qalmışdı”.

“Sual olunur. Regionun, bütövlükdə isə Avropanın və Asiyanın inkişafına zəmin yaradacaq Zəngəzur dəhlizinin açılmasına niyə dəstək verilmir? Gürcüstanın ərazi bütövlüyünün təmin olunması üçün hansı əməli addımlar ata bilərsiniz? Ermənistanı silahlandırmaqla nə qazanırsınız? Təəssüf ki, bu sualları verənlərə başqa ad verirlər. Belə aydın olur ki, xalqların azadlığı, firavanlığı onlara maraqlı deyil və yalnız öz maraqlarını güdürlər. Ona görə də Azərbaycana qarşı olan təzyiqlər indi də Gürcüstana qarşı yönəlib. Onlar seçkilərə müdaxilə etməklə hakimiyyətə öz adamlarını, vassallarını gətirmək istəyirlər. Çünki həmin şəxslərin əli ilə ölkəni istədikləri kimi idarə edəcəklər. Onlara müharibə, xaos və qarşıdurma lazımdır. İnanıram ki, bizim xalqlarımız bunlara imkan verməyəcək. Azərbaycanda olduğu kimi, gürcü xalqı da düzgün seçim edəcək”, – deyə professor vurğulayıb. (AZERTAC)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR