Bu barədə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
“Putin onların hər biri ilə ayrı-ayrılıqda, üzbəüz danışdı. Üstəlik, Prezident onlarla təqribən yarım saat söhbət etdi. Yəqin ki, fikir mübadiləsi aparılırdı. Həm də Zəngəzur dəhlizi mövzusuna toxunuldu”, - deyə Peskov jurnalistlərə bildirib.
Moskvada MDB Dövlət Başçıları Şurasının iclası keçirilir. Görüş başlamazdan əvvəl Rusiya Prezidenti ilə Azərbaycan Prezidenti və Ermənistanın baş naziri arasında ikitərəfli görüşlər olub. (AZERTAC)