"Vətən səsi" xəbər verir ki, Qarabağdakı keçmiş separatçı-terrorçuların özünü buraxan keçmiş başçısı Ermənistan mətbuatına açıqlamasında Xankəndidən İrəvana necə qaçdığına aydın cavab verə bilməyib. O, "Azərbaycanda qəbul edilən qərarları şərh edə bilmərəm. Həbslə bağlı qərarları azərbaycanlılar verib", - deyə sualdan yayınmağa çalışıb.
Samvel Şahramanyan media nümayəndələrinin təkrar sualına “Hazırda haqqımda niyə həbs qərarının verilmədiyini bilmirəm. Düşünürəm ki, zamanla bunun cavabını alacağıq”, - deyə o bildirib.
Xatırladaq ki, 2023-cü ilin 28 sentyabrında Samvel Şahramanyan qondarma qurumun özünü buraxdığı haqda “sərəncam” imzaladıqdan sonra Azərbaycanı tərk edə bilib.
Elxan SALAHOV