"Vətən səsi"” xəbər verir ki, bu barədə məlumatı Hindistanın Baş naziri özünün “X” hesabında paylaşıb. Görüş BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində reallaşıb.
Xatırladaq ki, Hindistan İkinci Qarabağ müharibəsindən sonra Ermənistana ən çox silah ixrac edən ölkə kimi tanınır.
Paşinyanın hindistanlı həmkarı ilə görüşü ərəfəsində Ermənistanın birinci xanımının yaydığı məlumat daha çox diqqəti çəkib. Erməni Baş nazirin həyat yoldaşı Anna Akopyan da Nyu-Yorka səfər edib və onun səfərlə bağlı paylaşdığı video geniş müzakirələrə səbəb olub. Məlum olub ki, Anna Akopyan Nyu-Yorka hazırda Rusiya ilə qanlı savaş aparan Ukraynanın prezidenti Vladimir Zelenskinin həyat yoldaşı tərəfindən dəvət edib. Paşinyanın xanımı da "Facebook" səhifəsində yaydığı videoda bu faktı gizlətməyib.
"Ukraynanın birinci xanımı Yelena Zelenskayanın dəvəti ilə mən BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində “Uşaqların gələcəyini təmin etmək: Yumşaq güc üçün yeni çağırışların həlli” adlı sammitdə iştirak etdim”, - deyə Anna Akopyan sosial şəbəkə hesabında qeyd edib.
Elxan SALAHOV