23.12.2024, 19:59
AZ EN
23.09.2024, 21:42 176

VII çağırış Milli Məclisin ilk iclasında Prezident İlham Əliyevin çıxışı regionun inkişafının konseptual əsaslarını müəyyən edən yol xəritəsidir

XƏBƏRLƏR
  • VII çağırış Milli Məclisin ilk iclasında Prezident İlham Əliyevin çıxışı yalnız Azərbaycanın yox, bütövlükdə regionun inkişafının konseptual əsaslarını müəyyən edən, habelə bölgədə sülh və sabitliyin əsaslanacağı konfiqurasiyanın sərhədlərini dəqiqləşdirən tarixi yol xəritəsi hesab olunmalıdır. Xüsusən də Vətən müharibəsində və antiterror tədbirlərində qələbəsindən sonra yaranmış yeni reallıqda beynəlxalq hüququn aliliyini təmin etməklə regionda yeni tarixi inkişaf mərhələsi başladan Azərbaycanın diktə edən hərbi-siyasi güc kimi rolu möhtərəm Prezidentin qeyd olunan çıxışında konseptual şəkildə inikas edildiyi üçün bu nitq geosiyasi əhəmiyyətə malikdir.

Bunu açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

Bildirib ki, VII çağırış Azərbaycan Respublikasının Milli Məclisi ölkə tarixində dövlətin beynəlxalq hüquqla tanınan bütün suveren ərazilərini əhatə edən seçkilərlə formalaşmış ilk parlamentdir. Bu mənada, qeyd edilən situasiyada formalaşmış qanunverici orqanın iclasında dövlət başçısının verdiyi bəyanatlar həm də suverenliyə gedən yolda ölkənin hədəfə çatmasını göstərən tarixi yekun və milli dövlətçiliyimizdə yeni mərhələnin başlanmasını göstərən tarixi keçid hesab edilə bilər. Təbii ki, qeyd olunan situasiya tarixi proseslərin təbii axarında baş verməyib və gərgin əmək qətiyyətli siyasi iradənin nəticəsidir.

Onun sözlərinə görə, İkinci Qarabağ müharibəsi və antiterror tədbirlərinin ardınca suverenliyimizin tam bərpa edilməsi bütövlükdə regionda yeni geosiyasi konfiqurasiyaya gətirib çıxardı və separatizmə son qoymaqla Azərbaycan dünya miqyasında tarixi presedent formalaşdırmış oldu. Bu proseslərin təməlində, heç şübhəsiz ki, möhtərəm Prezidentin parlamentin tribunasından da ifadə etdiyi kimi, Azərbaycan xalqının birliyi, siyasi iradə, dövlətin gücü həlledici amillər kimi çıxış edib. “Təbii ki, müstəqilliyin ilk illərində parçalanmış, siyasi antoqonizmin hökm sürdüyü bir ölkədə birliyə nail olmaq köklü konseptual yanaşma tələb edir və Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq konsepsiyası bu formata nail olunması üçün bazisə çevrilə bildi. Sonrakı dövrlərdə ölkədə ideoloji işin düzgün istiqamətdə qurulması, xüsusən gənc nəslin tərbiyəsi sahəsində dövlət siyasətinin effektiv formada həyata keçirilməsi, habelə tarixi ənənələrə əsaslanaraq ölkədə çoxmillətli və çoxkonfessiyalı mühitin davamlı şəkildə dəstəklənməsi və bu müxtəlifliyə milli sərvət kimi baxılması möhtərəm Prezidentin də parlamentin tribunasından qürurla ifadə etdiyi milli birliyə gətirib çıxardı. Azərbaycanda güclü ordu quruculuğu prosesinin təməlində dayanan əsas amillərdən biri də məhz bu birlik və möhtərəm Prezidentin insan amilini rəhbər tutan ümumbəşəri niyyətlərə sadiq qalmasıdır. Məhz bu birlik Azərbaycana imkan verdi ki, 2024-cü ildə prezident və parlament seçkilərinin bütün ölkə ərazisində keçirilməsini təmin edə bilsin. Bu isə öz növbəsində Prezidentin ifadə etdiyi kimi, Azərbaycan dövlətinin gücünü, xalqımızın əyilməz ruhunu bütün dünyaya göstərdi. Təsadüfi deyil ki, beynəlxalq hüququn aliliyini heçə sayan qlobal imperializmin Azərbaycana münasibətdə təcavüzkar davranışları, o cümlədən regionda sülh və sabitlik qarşısında əngəl kimi çıxış edən gedişlər məhz bu birlik - xalqın Prezidentin ətrafında sıx birləşməsi, Ulu Öndər ideyalarına sadiq qalması hesabına neytrallaşdırılır”, - deyə deputat qeyd edib.(AZERTAC)

Oxşar xəbərlər