Bunu Fondun prezidenti Aktotı Raimkulova deyib.
Onun sözlərinə görə, bu, fondun türk irsinin qorunması ilə bağlı fəaliyyətdə iştirakının bir nümunəsidir: “Bu məscid Qarabağda yerləşməsinə baxmayaraq, ortaq türk irsimizdir”.
A.Raimkulovanın sözlərinə görə, qədim abidə olan Xudavəng monastırının Kəlbəcər rayonunda qorunub saxlanması faktı hörmət doğurur:
“Ümumbəşəri nöqteyi-nəzərdən bu abidənin qorunub saxlanılması çox qiymətlidir. Mən çox şadam ki, beynəlxalq nümayəndə heyəti və diplomatlar 12-13-cü əsrlərə aid abidələrlə böyük maraqla tanış olurlar, bu bizim ümumi tariximizdir”. (Report)