19.09.2024, 05:16
AZ EN
16.09.2024, 18:10 146

Ştutqartda Azərbaycan icması ilə görüş olub

XƏBƏRLƏR
  • Almaniyanın Ştutqart və ətraf şəhərlərində yaşayan Azərbaycan icması ilə görüş keçirilib.

Görüş Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Almaniyadakı Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Günay Mirzəyevanın moderatorluğu ilə keçirilən görüşdə öncə Nuran Abdullayev rəhbərlik etdiyi Almaniya Azərbaycanlıları Alyansının fəaliyyəti barədə məlumat verib.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov ölkəmizin diaspor siyasəti barədə danışıb, Azərbaycan xalqının Ümummilli Liderinin əsasını qoyduğu bu siyasəti Prezident İlham Əliyevin uğurla davam etdirdiyini vurğulayıb. Görüşdə komitənin fəaliyyəti, xaricdəki Azərbaycan evləri, Koordinasiya şuraları, həftəsonu məktəbləri, Diaspor Gənclərinin Yay Düşərgələri və digər böyük layihələr barədə geniş məlumat verilib. (AZERTAC)

Oxşar xəbərlər