22.11.2024, 21:23
AZ EN
09.09.2024, 21:05 163

Şəhid jurnalistlərin xatirəsinə həsr olunan futbol turnirinin püşkatma mərasimi keçirilib

XƏBƏRLƏR
  • 18 Oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası Günü və 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycanın şəhid jurnalistlərinin xatirəsinə həsr olunan futbol turnirinin püşkatma mərasimi baş tutub.

Bakı Tennis Akademiyasında baş tutan tədbirdə 4 qrupda yer alacaq 12 komandanın oyunlarının təqvimi bəlli olub.

Belə ki, A qrupunda "Turan", "Report" İnformasiya Agentliyi, "Veteranlar", B qrupunda "Baku TV", "Qoşabulaq", "Baku.ws", C qrupunda "AZƏRTAC", "Ardanış", "Zəfər 44", D qrupunda isə "Göyçə", "Nərimanlı" və Az.TV kollektivləri güclünü müəyyən etməyə çalışacaq.

Reqlamentə əsasən, qrupda ilk iki yeri tutacaq komandalar 1/4 finala vəsiqə qazanacaqlar.

Turnirin açılış matçı sentyabrın 14-də, saat 19:00-da "Report" İnformasiya agentliyi və "Veteranlar" komandası arasında keçiriləcək.

Görüşlər Bakı Tennis Akademiyasının futbol meydançasında reallaşacaq.

Qeyd edək ki, turnir AFFA tərəfindən təsdiqlənmiş Azərbaycanın şəhid jurnalistlərinin xatirəsinə Həvəskar Komandalardan ibarət Ənənəvi Minifutbol Turnirinin Əsasnaməsinə uyğun olaraq, "Rakus.az" saytının təşkilatçılığı, milli assosiasiya və Bakı Tennis Akademiyasının dəstəyi ilə sentyabrın 14-dən oktyabrın 18-dək keçiriləcək. Ənənəvi futbol turnirinə informasiya dəstəyini “AZƏRTAC”, Az.TV, “Report” İnformasiya Agentliyi, "Baku TV", “Rakus.az” və “Manşet.az” saytları verəcək. (Report)

Oxşar xəbərlər