17.12.2024, 20:30
AZ EN
05.09.2024, 16:07 173

Fransanın fəxri deputatı: Azərbaycana səyahət xəbərdarlığı inanılmaz və qəbuledilməzdir

XƏBƏRLƏR
  • Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Azərbaycana səyahət xəbərdarlığı ilə bağlı bəyanatı ədalətsiz və tamamilə əsassızdır.

Bunu  Fransa Milli Assambleyasının sabiq üzvü, fəxri deputat Jan-Lük Reitzer bildirib.

“Mən Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Azərbaycana dair açıqladığı sərt səyahət xəbərdarlığını eşidəndə əvvəlcə bunun bir zarafat olduğunu düşündüm. Fransa tərəfindən verilmiş bu cür əsassız qərar inanılmaz və qəbuledilməzdir. Mən ətrafımda Azərbaycanın adı çəkiləndə bu ölkəyə səyahət etməyi tövsiyə edirəm. Fransa mediasının Azərbaycanı yanlış təqdim etməyə çalışdığını bildirirəm. Təklif edirəm ki, fransalılar özləri Azərbaycana gedib ölkə ilə tanış olsunlar və özləri bu ölkə haqqında fikir yaratsınlar. Heç bir Fransa vətəndaşı Azərbaycanda təhlükədə deyil. Bu çağırış birmənalı şəkildə ədalətsiz və əsassız bir xarakter daşıyır”, - o bildirib.

Qeyd edək ki, Fransa XİN vətəndaşlarına Azərbaycana səyahət etməməyi tövsiyə edib. Bununla bağlı Azərbaycan XİN bəyanat verərək, belə bir çağırışın absurd olduğunu bildirib. (Report)

Oxşar xəbərlər