"Vətən səsi" xəbər verir ki, bunu sabiq xarici işlər naziri Elmar Məmmədyarov deyib. O qeyd edib ki, AXC Paris Sülh Konfransında (18 yanvar 1919-21 yanvar 1920) özünün tarixi sərhədləri çərçivəsində iştirak edib. Həmin vaxt ərazilərin xəritələri də sülh konfransında iştirak edənlərə təqdim edilib.
Sabiq nazir əlavə edib ki, Ermənistanın narahatlığı tarixi Azərbaycan torpaqları ilə bağlıdır: "Bu əslində tarixçilərin, Azərbaycanın və beynəlxalq hüquqşunasların iştirakı ilə qarşı tərəfə izah edilə biləcək məsələdir. İndiki halda Ermənistan sülh danışıqlarından qaçmaq üçün müxtəlif mövzuları gündəmə gətirir".
2027-ci ildə Ermənistanın öz konstitusiyasına düzəliş edəcəyini deyən Elmar Məmmədyarovun fikrincə, tam dəyişiklik olunmadan da sülh danışıqları qarşısındakı maneələri aradan qaldırmaq mümkündür: "Məsələn, ABŞ konstitusiyasında dəyişiklik etmədən ona əlavə edilir. Ola bilsin ki, Ermənistan konstitusiyasında tam dəyişikliklər etmək barədə qərar qəbul edib”.
Elmar Məmmədyarov hesab edir ki, Ermənistan vasitəçi olmadan da Azərbaycanla sülh danışıqlarını davam etdirə bilər. Onun fikrincə, üçüncü tərəf danışıqlarda öz marağını ortaya qoyacaqla sülh prosesinin ləngiməsinə səbəb olur: "Hazırda Azərbaycanla Ermənistan arasında delimitasiya komissiyası işini davam etdirir. Elə bu müstəvidə də digər mövzuları danışmaq olar”.
Xatırladaq ki, Paris Sülh Konfransı dövründə Ermənistanın ərazisi 29,7 deyil, cəmi 9,3 kvadratkilometr olub.
Elxan SALAHOV