Qarabağdan qovulmuş separatçıların sonuncu başçısı Samvel Şahramanyanla Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan arasında görüş keçirilib.
"Vətən səsi" xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb. Eks-prezidentin separatçıların sonuncu lideri ilə nədən danışdığını öyrənməyə çalışan qəzetin əməkdaşları dəqiqləşdiriblər ki, görüşün təşəbbüskarı Serj Sarkisyan olub. Sarkisyanın başçılıq etdiyi Respublika partiyasından bildiriblər ki, eks-prezident Şahramanyanla görüşmək və Qarabağ ermənilərinin sonrakı aqibəti barədə onu dinləmək istəyib.
Danışıqların təfərrüatları haqda başqa məlumat verilməyib.
Xatırladaq ki, hələ sentyabrın əvvəlində Qarabağdakı separatçı rejimin yeni lider “seçkiləri" ərəfəsində qondarma qurumun “təhlükəsizlik şurası”nın katibi vəzifəsindən “dövlət naziri” postuna irəli çəkilən general-mayor Samvel Şahramanyan Ermənistanın keçmiş prezidenti Sarkisyanın adamı kimi tanınır. Onun vəzifə ierarxiyasında bir pillə qabağa çəkilməsi də Azərbaycan ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində buraxıldığı elan edilmiş qondarma rejimin "prezidentliyə" gedən yolunun yaxınlaşdırılmasına xidmət edirdi. Serjik həmin ərəfədə Tert.am saytına açıqlamasında Şahramanyanı açıq müdafiə etməkdən çəkinməmişdi: "Araik Arutyunyanın istefasından əvvəl general-mayor Samvel Şahramanyanı “dövlət naziri” təyin etməsi Qarabağ ermənilərin maraqlarına uyğundur. Bu təyinat 44 günlük müharibədən sonra bölgədə yaranmış vəziyyətin nizamlanmasına kömək edə bilər".
Serjik Sarkisyanın cəmi iki ay əvvəl şəninə tərif yağdırdığı Şahramanyan yeni “vəzifədə" heç 10 gün də qala bilmədi. Azərbaycan ordusu separatçı-terrorçu dəstələri və onların tör-töküntülərini Azərbaycan ərazisindən qovub çıxardı. General-mayor Samvel Şahramanyan isə qondarma "Artsax respublikası"nın buraxıldığını elan edərək Ermənistana qaçdı. İndi isə Ermənistandakı müxtəlid dairələr "Qarabağ kartı"nı dövriyyəyə qaytarmaq üçün ən müxtəlif üsullara əl atılır, separatçılarla gizli görüşlər təkil olunaraq yeni planlar qurulur. Ermənistanın eks-prezidenti Serjik Sarkisyanın özünü buraxmış qondarma rejimin sonunci lideri ilə görüşü də "Bəlkə də qaytardılar" xülyası ilə yaşayan ermənilərin demarş cəhdinin növbəti hissisi hesab olunur.
Elxan SALAHOV