ANCA və Erməni İnqilabi Federasiyasının (ARF) aktiv üzvlərindən olan Aram Brunson ABŞ-da fəaliyyət göstərən azərbaycanlı diplomatlara qarşı terror aktı törətməyi planlaşdırıb.
Bu barədə Azərbaycanın ABŞ-dəki səfirliyinin rəsmi “X” səhifəsində paylaşılan məlumatda qeyd olunur. Məlumatda ANCA və ARF-nin ABŞ-dakı terror fəaliyyətinin qədim tarixi olduğu və azərbaycanlılara qarşı açıq nifrət bəslədiyi qeyd olunur: “ANCA və ARF üzvü Aram Brunson ABŞ-da Azərbaycan diplomatlarına qarşı terror aktı törətməyi planlaşdırıb. ANCA və ARF-nin ABŞ-dakı terror fəaliyyətinin uzun tarixini və azərbaycanlılara qarşı qədim nifrətini nəzərə alsaq, azərbaycanlı diplomatları təhlükə altındadırmı?". (Report)