20.10.2024, 01:33
AZ EN
29.08.2024, 20:07 233

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

XƏBƏRLƏR
  • Avqustun 29-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

Iclasda əvvəlcə Komissiyanın avqustun 28-də keçirilən iclasının protokolu təsdiq edilib.

Sonra 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Ağ Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsinə baxılıb və təqdim olunan şəxslərin səlahiyyətli nümayəndələr kimi qeydə alınmasına qərar verilib.

Komissiyanın iclasında maraqlı subyektlərin bilavasitə iştirakı ilə Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə də baxılıb və aparılan geniş müzakirələrin ardınca müraciətlərlə bağlı müvafiq qərarlar qəbul olunub. (AZERTAC)

Oxşar xəbərlər