Bu barədə Hikmət Hacıyev “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
Görüş Almatıda Türk Dövlətləri Təşkilatına (ATT) üzv olan Prezidentlərin Diplomatik Müşavirlərinin/Köməkçilərinin İkinci Toplantısı çərçivəsində baş tutub. Qeyd olunub ki, tərəflər ölkələr arasında qardaşlıq münasibətlərinin perspektivlərini və qarşılıqlı maraq doğuran regional məsələləri müzakirə ediblər.
“Türk dünyası bizim ailəmizdir!”, - Prezidentin köməkçisi qeyd edib. (Report)