22.11.2024, 04:00
AZ EN
28.08.2024, 10:25 364

Paşinyan xarici diplomatları Azərbaycanla sərhədə topladı - GİZLİ GÖRÜŞ

XƏBƏRLƏR
  • Ermənistan hakimiyyəti ölkədə akkreditasiya olunmuş diplomatik nümayəndəliklərin rəhbərlərinin iştirakı ilə Azərbaycanla sərhəd bölgəsində yerləşən Dilicanda toplantı keçirib. Görüşdə Ermənistanın baş naziri Nikol Paşinyan, prezidenti Vaaqn Xaçaturyan, xarici işlər naziri Ararat Mirzoyan və baş nazirin müavini, sərhədin delimitasiyası üzrə komissiyaya rəhbərlik edən Mher Qriqoryan iştirak edib.

"Vətən səsi" xatırladır ki, Ermənistan hakimiyyətinin xarici ölkələrin diplomatik nümayəndələrinin iştirakı ilə hər il keçirdiyi bu cür görüşlər bir növ ənənəvi xarakter daşıyır. Qarabağ işğal altında olduğu dövrdə həmin görüşlər Xankəndi və Xocalı şəhərlərində təşkil edilir, hətta qoşunların təmas xətti yaxınlığında hansısa müzakirələr aparılırdı. Qırx dörd günlük müharibədən sonra belə görüşlər Azərbaycanla sərhəd bölkələrində keçirilirməyə başladı.

Ermənistan mətbuatı xarici diplomatlarla görüşlərin Azərbaycanla sərhəddə, o cümlədən Cermuk (İstisu) və Dilican kimi bölgələrdə keçirilməsinin təsadüfi olmadığını yazır. “Hraparak” nəşri iddia ki, əvvəlki görüşlərin hamısı onlayn qaydada yayımlandığı halda bu il maksimum gizli saxlanılıb. Hətta hökumətin rəsmi informasiya agentlikləri həmin görüş barədə bir neçə cümləlik məlumat yaymaqla kifayətlənir: "Görünür, hakimiyyət müzakirələrin gizli qalmasında maraqlıdır. Çünki bu görüş Ermənistan-Azərbaycan, eləcə də Ermənistan-Türkiyə münasibətlərə həsr olunub. Əsas məqsəd isə regionda baş verənləri xarici diplomatların diqqətinə çatdırmaq, real vəziyyətə uyğun siyasi xətti müəyyənləşdirmək və Ermənistana dost ölkələrdən dəstək almaqdır."

"Lakin görüş barədə yetərincə məlumatların verilməməsi, hətta rəsmi informasiyanın son dərəcə məhdudlaşdırılması Ermənistan hökumətinin xarici diplomatlarla danışıqlarda hansı məsələləri gizli saxlamağa çalışması çoxlu suallar yaradır, şübhələri daha da artırır",- deyə erməni mətbuatı yazır.

Elxan SALAHOV

Oxşar xəbərlər

SON XƏBƏRLƏR