"Vətən səsi" xəbər verir ki, bunu rusiyayönlü erməni bloger Mikayıl Bədəlyan deyib. O, bildirib ki, Türkiyə və Ermənistanın Normallaşma Prosesinin xüsusi nümayəndələri - səfir Serdar Kılıç və Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan iyulun 30-da Alican-Marqara sərhəd qapısında keçirilən görüş zamanı erməni tərəfi rus sərhədçilərinin avqustun 1-dən "Zvartnots" beynəlxalq hava limanında çıxarılacağından və onların Türkiyə ilə sərhəddə yerləşəcəyindən qürurla danışıb. Lakin Ermənistan tərəfinin bu qərarı Türkiyəni qane etməyib və onlar Rusiya hərbçilərinin sərhəddən də çəkilməsini tələb ediblər:
“Rubinyan Türkiyə hökumətinin bu mövqeyi ilə razılaşmayıb və Serdar Kılıça etiraz edib. O, deyib ki, Ermənistan indiki vəziyyətdə Rusiya sərhədçilərini ölkədən çıxarmağa hazır deyil, bunu etmək üçün resursa sahib deyil. Bununla belə, türkiyəli səfir öz mövqeyini müdafiə edib. Sərdar Kılıç həmçinin açıq şəkildə bildirib ki, bu tələblərə rəğmən münasibətlərin normallaşması Azərbaycanla münasibətlərdən asılı olacaq”, - deyə erməni bloger əlavə edib.
Bədəlyan onu da iddia edib ki, son iki həftədə Rusiyanın Ukrayna cəbhəsində uğursuzluğa düçar olması, ərazi və canlı qüvvə itkilərinə məruz qalan Rusiya Türkiyə ilə müharibə meydanında qarşılaşa bilər.
Xatırladaq ki, iyulun 31-də Rusiya sərhədçiləri 32 il sonra İrəvanın “Zvartnots” Beynəlxalq Hava Limanını tərk ediblər. Onlar iki istiqamətdə xidmətə göndərilib və bir hissəsi Ermənistanın Türkiyə, digər hissəsi İranla sərhəddə yerləşdirilib.
Elxan SALAHOV