21.11.2024, 22:00
AZ EN
21.03.2022, 16:20 151

Lavrov Ermənistan və Azərbaycanın xarici işlər nazirləri ilə müzakirələr aparıb

XƏBƏRLƏR

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün Ermənistan və Azərbaycandan olan həmkarları Ararat Mirzoyan və Ceyhun Bayramovla İrəvan və Bakı arasında sülh müqaviləsinin bağlanması məsələsini müzakirə edib.

Məlumatda bildirilir ki, Ararat Mirzoyanla müzakirə zamanı Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanması məsələsinə toxunulub və Rusiyanın buna hər cür töhfə verməyə hazır olduğu qeyd edilib.

Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri ilə Bayramov arasında söhbətin məzmunu barədə Rusiya diplomatik departamentindən bildirilib ki, bir sıra regional və beynəlxalq mövzular ətrafında fikir mübadiləsi aparılıb:

“Nazirlər 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli yüksək səviyyəli üçtərəfli sazişlərin əsas müddəalarının icra vəziyyətini, habelə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanması məsələsini nəzərdən keçiriblər”.

Oxşar xəbərlər