- Ermənistanın Baş nazirinin müavini Mher Qriqoryan və Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono bu gün İrəvanda keçirilən görüşdə avqustun 8-də Vaşinqtonda Ermənistan və Azərbaycan arasında əldə edilmiş razılaşmaları müzakirə ediblər.
Bu barədə Ermənistan KİV-i xəbər verir.
Tərəflər həmçinin bu razılaşmaların əsas müddəalarını, eləcə də Ermənistan-Aİ əməkdaşlığının cari və perspektiv istiqamətlərini müzakirə ediblər. (Report)