Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.
MSK sədri bildirib ki, azad edilmiş ərazilərdə 34 daimi seçki məntəqəsi yaradılıb: “Həmin ərazilərdə bərpa işləri çox sürətlə gedir. Amma o ərazilər minalanıb. Neçə-neçə vətəndaşımız mina partlamasında həlak olur, amma dünya buna susur”. (APA)