09.06.2025, 02:49
AZ EN
07.08.2024, 09:00 331

Rus sərhədçiləri Kərki istiqamətindəki mövqeləri də tərk edib

XƏBƏRLƏR
  • İyulun 31-də Ermənistandakı “Zvartnots” beynəlxalq hava limanını tərk edən Rusiya sərhədçiləri həm də Arazdəyən (ermənilər buranı " Yerasxavan" adlandırır) ərazisindən də çıxarılıb. Onların Paruyr-Sevak kəndindəki hərbi bazası da ləğv edilib. Bura həm də 1992-ci ildən ermənilərin işğalı altında olan və delimitasiya prosesi çərçivəsində Azərbaycana qaytarılması nəzərdə tutulan Kərki kəndi də daxildir.

"Vətən səsi" xəbər verir ki ki, rusiyalı sərhədçilərin Naxçıvan Muxtar Respublikasının inzibati ərazisi sayılan Kərki kəndi istiqamətindəki mövqelərdən çəkilməsi erməniləri əməlli-başlı qorxuya salıb. Ermənistan mətbuatı yazır ki, rus sərhədçiləri azərbaycanlıların Kərki və Arazdəyən istiqamətində hərbi əməliyyat keçirməmələrinə yeganə təminat idi. Lakin Paşinyan hökumətinin Rusiya ilə münasibətlərin pisləşməsi fonunda rus sərhədçilərinin hərbi strateji əhəmiyyəti ərazini tərk etməsi Kərkinin Azərbaycana təhvil veriləcəyi günü bir az da yaxınlaşdırır.

Erməni analitik Edqar Qazaryan bildirib ki, Rusiya sərhədçilərinin həmin ərazilərdən çıxması Kərki və Arazdəyənin tezliklə Azərbaycana verilməsi demək deyil. Amma rusların həmin ərazilərdən çıxarılması o deməkdir ki, Azərbaycan ordusu Arazdəyənin yaxınlığında yerləşəcək.

Xatırladaq ki, İrəvandakı “Zvartnots” hava limanında xidmətini başa çatdıran Rusiya sərhədçiləri Türkiyə və İranla sərhəddə xidmətə başlayıb. Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin yaydığı məlumata görə, bu qərar 1992-ci ildə Rusiya ilə əldə edilən razılaşmaya uyğun olaraq verilib.

Elxan SALAHOV

Oxşar xəbərlər