22.11.2024, 07:55
AZ EN
06.08.2024, 12:48 276

Rusiyalı ekspert: "Qərb Azərbaycanla Ermənistan arasında manipulyasiya edir"

XƏBƏRLƏR
  • "Cənubi Qafqazda vəziyyət gözlənilməz və çox təhlükəli olacaq. Bu, hər şeyə təsir edəcək. Qərb Cənubi Qafqazda aqressiv antirusiya vektoru aşılayacaq".

"Vətən səsi" xəbər verir ki, bunu “Moskva-Bakı”ya müsahibəsində rusiyalı ekspert Yevgeni Mixaylov deyib. O, Rusiyanı Azərbaycanla bir-birinə qarşı qoymaq istəyən qüvvələrin olduğunu da söyləyib. Mixaylovun fikrincə, belə bir şəraitdə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanması bir qədər də çətinləşə və hətta mümkünsüz prosesə çevrilə bilər: "Çünki Qərb bu məsələdə manipulyasiya etməyə, bir növ Ermənistanın maraqlarını qorumağa çalışır. Sülh müqaviləsi olmasa, Qərb Ermənistana silah tədarükünü artıracaq və yeni hərbi əməliyyatların baş verməsi mümkündür".

Rusiyalı ekspert hesab edir ki, Yaxın Şərqdə baş verənlər Cənubi Qafqaz regionuna çox ciddi təsir göstərir: "Yaxın Şərqdə, İsraillə Fələstin arasında, İsraillə İran arasında uzun müddət - keçən ilin payızından bəri hadisələrin necə cərəyan etdiyini və son günlərdə vəziyyətin yenidən son dərəcə təhlükəli tendensiyalar aldığını nəzərə alsaq, istənilən vaxt Cənubi Qafqaz və Xəzər regionunun qovşağı alovlana bilər”.

Elxan SALAHOV

Oxşar xəbərlər

SON XƏBƏRLƏR