19.10.2024, 08:45
AZ EN
11.08.2022, 11:41 315

Kanadalı deputat: “Azərbaycanla münasibətlər dinamik şəkildə inkişaf edir"

XƏBƏRLƏR
  • Kanada-Azərbaycan Dostluq Qrupunun sədri Filip Lourens sosial şəbəkələrdəki səhifələrində Kanada ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə təbriklərini və xoş arzularını bölüşüb.

Kanadalı deputat iki ölkə arasında münasibətlərin bu illər ərzində dinamik şəkildə inkişaf etdiyini vurğulayıb.

“Otuz il əvvəl Kanada Azərbaycanla diplomatik əlaqələr qurub. Kanada-Azərbaycan Dostluq Qrupunun sədri olmaq və inkişaf edən əlaqələri vurğulamaq mənim üçün böyük şərəfdir!”, - o bildirib.

Onun sözlərinə görə, Kanada universitetlərində azərbaycanlı tələbələrin sayının artması, Kanadada keçirilən çoxsaylı mədəni tədbirlər münasibətlərin inkişaf etdiyini göstərir. (Report)

Oxşar xəbərlər