Bu barədə Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono "X" sosial şəbəkəsindəki hesabında paylaşımında bildirib.
"Vacib səfər və yüksək səviyyəli məsləhətləşmələr çərçivəsində Aİ-nin ali nümayəndəsini Azərbaycanda müşayiət etdim. Avropa İttifaqı - Azərbaycan münasibətlərinin bütün spektri nəzərdən keçirildi, regional əməkdaşlıq və əlaqəlilik, həmçinin Azərbaycan-Ermənistan normallaşma prosesi ilə bağlı fikir mübadiləsi aparıldı". (Report)