Bunu Mərakeş kralının taxta çıxmasının 25-ci ildönümünə həsr edilən tədbirdə krallığın ölkəmizdəki səfiri Adil Embarş bildirib:
"Bu istiqamətdə Mərakeş 2030-cu ilə qədər enerji ehtiyacının 52%-ni bərpa olunan mənbələrdən qarşılamağı hədəfləyən iddialı enerji keçid planı hazırlayıb. Bu layihə dünyanın ən əhəmiyyətli davamlı inkişaf proqramlarından biri kimi tanınır. 2030-cu ilə qədər istixana qazı emissiyalarını 45,5% azaltmağı hədəfləyən Mərakeş yüksək nəticələr göstərən ölkələr arasında yer almaqdadır. Buna görə də ölkəmiz Bakının uğurla ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflər Konfrasının 29-cu sessiyasını (COP29) səbirsizliklə gözləyir. Azərbaycana bu işdə uğurlar arzulayırıq".(APA)