08.09.2024, 05:51
AZ EN
23.07.2024, 13:08 257

Ermənistan Zəngəzur dəhlizi ilə bağlı öhdəlikdən niyə boyun qaçırır...

XƏBƏRLƏR
  • Zəngəzur dəhlizi mövzusu Ermənistan-Azərbaycan münasibətləri fonunda davam edən danışıqların gündəmindən düşmür.

"Vətən səsi" xəbər verir ki, geniş tamaşaçı auditoriyasına malik məşhur "Caliber"in "YouTube" kanalında dərc edilən növbəti təhlildə Ermənistanın Zəngəzur dəhlizi ilə bağlı üzərinə götürdüyü öhdəliyini yerinə yetirməməsindən bəhs olunur. Qeyd edilir ki, 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatda Azərbaycanın şərq hissəsi ilə Naxçıvan arasında avtomobil əlaqəsinin bərpası, ona nəzarətin Rusiya sərhədçiləri tərəfindən təmin edilməsi açıq-aydın qeyd edilsə də, Ermənistan tərəfi bu razılaşmanı artıq dörd ildir pozur.

Bundan başqa, rəsmi İrəvan siyasi davranış və hərəkətləri ilə göstərir ki, Zəngəzur dəhlizi hətta işə salınsa belə, bu dəhlizlə insanların və yüklərin təhlükəsiz hərəkətini təmin etmək iqtidarında deyil. Buna sübut olaraq iyulun 12-də azərbaycanəsilli Ümid İmanqulizadə adlı iranlı sürücünün Ermənistan sərhədçiləri tərəfindən vəhşicəsinə döyülməsi barədə yayılan məlumatlar da xatırladılır.

Müəllif Ermənistanın Zəngəzur dəhlizinə nəzarət etmək hüququnun olmadığına da diqqət çəkir. Həmin videomateriala bu link vasitəsilə baxmaq olar: https://www.youtube.com/watch?v=7uyzpt86xpc

Elxan SALAHOV

Oxşar xəbərlər