Bu sözləri ABŞ-ın MTP (Most Travelled People - Ən çox səyahət edən insanlar) klubunun təsisçisi Çarlz Veley 2-ci Şuşa Qlobal Media Forumu çərçivəsində keçirilən “Təsirin qiymətləndirilməsi: Dezinformasiyanın əhatə dairəsini müəyyənləşdirmək” adlı panel müzakirədə söyləyib.
Qarabağa səyahət etdiyinə görə klaviatura arxasındakı “qəhrəmanlar” tərəfindən hücuma məruz qaldığını vurğulayan ABŞ-ın MTP klubunun təsisçisi deyib: “Bəzi insanlar mənə “siz niyə etnik təmizləməni, barbarlığı dəstəkləyirsiniz” kimi şərhlər yazırlar. Lakin mən bildirirdim ki, şahidi olduqlarımı, həqiqətləri insanlara çatdırıram”.
Azərbaycanın paytaxtı Bakıda da olduğunu diqqətə çatdıran Çarlz Veley şəhərin böyüdüyünü, sürətlə inkişaf etdiyi bildirib. (AZƏRTAC)