Bunu Qərb bürosuna şəhid Bəxtiyar Hümbətovun anası Səyarə Hümbətova deyib.
O qeyd edib ki, oğlu müharibədə Murovdağ istiqamətində itkin düşüb:
“İllərdir onun axtarışında olduq, heç bir məlumat yox idi. Gəncə Şəhidlər Xiyabanında naməlum şəhid kimi dəfn olunan oğlumun artıq Yevlaxda məlum şəhid məzarı var. İllərdir gözüm yollarda idi”.
S.Hümbətova dövlət başçısına onun kimi şəhid analarının həsrətinə son qoyduğu üçün təşəkkür edib.
“Sağ olsun dövlət başçımız, mənim kimi şəhid analarının həsrətinə son qoydu. Onun tapşırığı ilə görülən bu işlər nəticəsində oğlum tapıldı, daha gözüm yollarda qalmayacaq”, - deyə şəhid anası bildirib.
Xatırladaq ki, Bəxtiyar Əliş oğlu Hümbətovun nəşinin qalıqları bu gün Yevlax şəhər Şəhidlər xiyabanında dəfn olunub. (Report)