08.09.2024, 07:43
AZ EN
15.07.2024, 19:25 177

Boris Titov: Karbon neytrallığına keçid prosesi ölçülüb-biçilməlidir

XƏBƏRLƏR
  • Karbon neytrallığına keçid prosesi ölçülüb-biçilməli, həyata keçirildiyi ölkələrin əhalisinin maraqlarına heç bir halda xələl gətirməməli və iqtisadiyyata mənfi təsir göstərməməlidir, çünki bu, insanların rifahının vacib elementidir.

Bunu Rusiya Federasiyası Prezidentinin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün Beynəlxalq təşkilatlarla əlaqələr üzrə xüsusi nümayəndəsi Boris Titov Rusiyanın Azərbaycandakı səfirliyində jurnalistlərə açıqlamasında bildirib.

Xüsusi nümayəndə deyib ki, Rusiyanın təklif etdiyi karbon bazarı tədricən keçid imkanı yaradır. “İstixana qazı tullantılarını azaltmaq üçün layihələr həyata keçirilir. Ancaq onlar yalnız antropogen fəaliyyət çərçivəsində tullantıların azaldılması yox, sırf təbii layihələr ola bilər. Çünki meşələrin salınması, onların karbonu udma qabiliyyəti bizə elektrik enerjisi istehsalı zamanı emissiyaların azaldılmasından daha çox nəticə verə bilər. Buna görə də bu, emissiya və udma, eləcə də digər qlobal ekoloji layihələrin həyata keçirilməsi üçün ölçülüb-biçilmiş yanaşma olmalıdır”, - deyə B.Titov bildirib.

O qeyd edib ki, bu gün əsas məqsəd Yer Kürəsində temperaturun yüksəlməsinin qarşısını almaqdır: “Başqa bir məsələ isə ondan ibarətdir ki, temperatur yüksəlir. Çox sayda problemlər məhz qlobal istiləşmə ilə əlaqədardır. Ona görə də bunun nəticəsində dəyən zərərin ödənilməsinə yönəlmiş layihələr də gündəliyə daxil edilməlidir”. (AZERTAC)

Oxşar xəbərlər