Şəhidlərin nəşi Xocavənd rayonu Qaradağı kəndindəki Şəhidlər Xiyabanında dəfn olunub.
Dəfn mərasimində şəhidlərin doğmaları, Xocavənd Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Uğur Eldar oğlu Dadaşov 1975-ci il mayın 2-də anadan olub. O, 1992-ci il fevralın 17-də Qaradağlı kəndində itkin düşüb.
Rəhim Məhkəmə oğlu Doluxanov 1958-ci il dekabrın 6-da anadan olub. O, 1992-ci il fevralın 17-də Qaradağlı kəndində itkin düşüb.
Telman Tevon oğlu Tağıyev 1953-cü il fevralın 20-də anadan olub. O, 1992-ci il fevralın 17-də Qaradağlı kəndində (Bəylik bağı) itkin düşüb.
Sərvər İldırım oğlu Abbasov 1962-ci il noyabrın 10-da anadan olub. O, 1992-ci il fevralın 17-də Qaradağlı kəndində itkin düşüb.
Ədalət Şahmar oğlu Məmmədov 1958-ci il mayın 31-də anadan olub. O, 1992-ci il fevralın 17-də Qaradağlı kəndində itkin düşüb.
Qərib Həsrət oğlu Mustafayev 1962-ci il iyulun 1-də anadan olub. O, 1992-ci il fevralın 17-də Qaradağlı kəndində itkin düşüb. (Report)