Qərbi Azərbaycan İcması sözügedən qərəzli və böhtan xarakterli sənədin qəbulunu pisləyir. Göründüyü kimi, Ermənistan və Fransa beynəlxalq hüquqazidd siyasətləri üçün Beynəlxalq Frankofoniya Təşkilatından sui-istifadə etməkdə davam edirlər.
Bu barədə Qərbi Azərbaycan İcması məlumat yayıb.
“Ermənistanın bir tərəfdən sülhdən, sülh müqaviləsindən danışıb, o biri tərəfdən Azərbaycana qarşı belə pozuculuq əməlləri ilə məşğul olması bir sıra suallar doğurur.
Qərbi Azərbaycan İcması əsas missiyası mədəniyyət sahəsində qarşılıqlı anlaşmanın təşviqinə xidmət etmək olan Beynəlxalq Frankofoniya Təşkilatından bəzi dairələrin siyasi gündəliyi üçün sui-istifadə edilməsinə yol verməməyə çağırır”, - deyə məlumatda bildirilib. (AZERTAC)