09.06.2025, 09:11
AZ EN
09.07.2024, 19:32 287

Ermənistan XİN: Mirzoyanla Ceyhun Bayramov arasında Vaşinqtonda görüş nəzərdə tutulmayıb

XƏBƏRLƏR
  • Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyan arasında Vaşinqtonda NATO sammiti çərçivəsində görüşün keçirilməsi ilə bağlı razılıq yoxdur.

Bunu Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ani Badalyan deyib.

Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ-də işgüzar səfərdədir. Səfər çərçivəsində nazirin Vaşinqtonda keçiriləcək NATO sammitində iştirakı, eləcə də bir sıra yüksək səviyyəli ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulub. (Report)

Oxşar xəbərlər