Aİ səfiri Tərtərdəki mina partlayışı ilə bağlı başsağlığı verib
XƏBƏRLƏR
Dünən Tərtərdə mina partlaması nəticəsində 3 nəfərin faciəli şəkildə həlak olması xəbərini dərin hüznlə öyrəndik.
Bununla bağlı Aİ diplomatı "Twitter" hesabında paylaşım edib.
"Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm. Avropa İttifaqı minatəmizləmə səylərində Azərbaycana qəti dəstəyini davam etdirəcək", - deyə o bildirib. (APA)