Bu sözləri Qərbi Azərbaycan İcmasının İctimaiyyətlə Əlaqələr və Qərbi Azərbaycan Televiziyası şöbəsinin müdiri Ülviyyə Zülfiqar söyləyib.
“Beynəlxalq miqyasda ünvanladığımız müraciətlərin və yaydığımız haqq səsimizin nəticəsidir ki, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) mayın 4-5-də Qambiyanın Bancul şəhərində keçirilən konfransında 57 ölkə geri qayıdış hüququmuzu dəstəkləyərək Ermənistandakı irsimizin dağıdılmasını qınayıb. Bu, böyük nailiyyətdir”, - deyə o vurğulayıb.
Ü.Zülfiqar əlavə edib ki, Qayıdış Konsepsiyamızda da nəzərdə tutulduğu kimi, biz öz ata-baba torpaqlarımıza sülh yolu ilə geri qayıdıb yenidən evlərimizdə dinc yanaşı yaşamaq istəyirik. Bu, bizim hüququmuzdur. (AZƏRTAC)