23.06.2025, 11:58
AZ EN
25.06.2024, 13:38 354

ICESCO-nun Baş katibi: Şuşada gənclərlə bağlı forumun keçirilməsi xalqlar arasında sülhə töhfə verir

XƏBƏRLƏR
  • Şuşada “By youth for youth” (“Gənclikdən gəncliyə”) adlı beynəlxalq konfransın keçirilməsi ilə bağlı təşəbbüs xalqlar arasında sülhə töhfə verir.

Bunu ICESCO-nun Baş katibi Səlim Əl-Malik deyib.

O, bu təşəbbüsə görə, Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və Azərbaycan xalqına təşəkkür edib.

Baş katib bildirib ki, sülhün bərqərar olmasında gənclərin mühüm rolu var: "Həmçinin, İSESCO-nun əmək qüvvəsinin 42 faizini gənclər təşkil edir. Biz bu rəqəmi 50 faizə çatdırmaq istəyirik”.

Səlim Əl-Malikin fikrincə, bu forum ümid çırağıdır: “İnanırıq ki, bu təşəbbüs davamlı olacaq”.

Onun sözlərinə görə, ICESCO ilə Azərbaycan arasında əməkdaşlıq güclənir və bundan sonra da güclənəcək: “Biz COP29 sammitində də iştirak etmək istəyirik”. (Report)

Oxşar xəbərlər