22.11.2024, 10:04
AZ EN
07.02.2024, 15:26 296

Səfir: Bu seçkilər bütün xalqımız üçün çox vacibdir

XƏBƏRLƏR
  • Fransada yaşayan vətəndaşlarımız Azərbaycan səfirliyinin Mədəniyyət Mərkəzində yaradılmış 16 saylı Yasamal ikinci seçki dairəsinin 46 saylı seçki məntəqəsində fəal şəkildə səs verirlər.

Bu sözləri ölkəmizin Fransadakı səfiri Leyla Abdullayeva deyib.

O bildirib ki, seçki məntəqəsi yerli vaxtla səhər saat 08:00-da açılıb və elə həmin vaxtdan da həmvətənlərimiz fəal şəkildə seçkilərə qatılıblar. Günorta saatları olmasına baxmayaraq seçici fəallığı davam edir.

“Bu seçkilər bütün xalqımız üçün çox vacibdir. Azərbaycan müstəqilliyini bərpa edəndən sonra ilk dəfə bütün ərazilərimizdə seçkilər keçirilir. Bununla da suverenliyini və ərazi bütövlüyünü tam bərpa etmiş Azərbaycan yeni bir inkişaf mərhələsinə qədəm qoyur. Bu Zəfər Fransada yaşayan vətəndaşlarımıza da ilham verir. Məhz ona görədir ki, onlar səhər saatlarından səs verməyə gəlirlər”,- deyə L.Abdullayeva diqqətə çatdırıb. Diplomat bu fəallığın sonadək davam edəcəyinə inandığını bildirib. (AZƏRTAC)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR