22.11.2024, 20:58
AZ EN
21.06.2024, 20:29 216

Fransa əlində olan bütün imkanlardan ölkəmizin əleyhinə istifadə edir

XƏBƏRLƏR
  • Fransa həmişə ermənipərəst mövqe sərgiləyir.

Bunu açıqlamasında siyasi şərhçi İlyas Hüseynov deyib.

O bildirib ki, Fransa bir zamanlar Azərbaycan və Ermənistan arasında vasitəçilik səyləri irəli sürürdü.

"Hazırkı reallıqlarda ermənipərəsət mövqeyin ortaya qoyulduğu bir zamanda Fransa heç bir vəchlə iki ölkə arasında vasitəçi ola bilməz.

Fransanın Ermənistana hərbi və təhlükəsizlik istiqamətində yardımları Cənubi Qafqazda təhlükəsizlik risklərini artırır. Fransanın NATO üzvü olmasına rəğmən, KTMT üzvü olan Ermənistanı silahlandırması təzad yaradır.

Burada əsas məqsəd ölkəmizə qarşı aparılan fəaliyyətdir. Fransa hökuməti son illər əlində olan bütün imkanlardan ölkəmizin əleyhinə istifadə edir", - deyə o bildirib. (Trend)

Oxşar xəbərlər