22.07.2024, 01:56
AZ EN
21.06.2024, 19:59 180

Dövlət qulluqçularının peşə bayramı gününə həsr olunmuş tədbir keçirilib

XƏBƏRLƏR
  • Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsində 23 İyun - Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib.

Prezident İlham Əliyevin “dövlət qulluğunda olmaq imtiyaz deyil, məsuliyyət və insanlara xidmət imkanıdır” sözlərini xatırladan Komitə sədri Rövşən Rzayev  əməkdaşları əlamətdar gün münasibətilə   təbrik edib, onlara işlərində uğurlar arzulayıb. Qaçqınlar və məcburi köçkünlərlə iş sahəsində dövlət siyasətinin və onun bu gün prioritet istiqaməti olan Böyük Qayıdışın təşkilində və həyata keçirilməsində komitənin üzərinə mühüm vəzifələr düşdüyü, bunların yerinə yetirilməsi üçün hər bir əməkdaşın yüksək məsuliyyətlə çalışmasının zəruriliyi vurğulanıb. Dövlətimizin başçısının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qaçqınlar və məcburi köçkünlərlə bağlı məsələlərin həllinə xüsusi diqqət və qayğısı  dərin minnətdarlıq hissi ilə qeyd edilib.

Dövlət qulluğunda xidməti fəaliyyətin qiymətləndirilməsinin nəticələrinə uyğun olaraq komitə əməkdaşlarından bir qrupu təşəkkürnamə və qiymətli hədiyyə ilə mükafatlandırılıb.

Tədbirdə çıxış edən dövlət qulluqçuları həmkarlarını təbrik edib, səmərəli fəaliyyət üçün yaradılan şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıq bildiriblər.

Oxşar xəbərlər

SON XƏBƏRLƏR