19.04.2025, 02:49
AZ EN
03.08.2022, 07:30 679

Azərbaycan və Rusiya müdafiə nazirləri regional təhlükəsizliyi müzakirə edib

XƏBƏRLƏR
  • Müdafiə Nazirliyi Azərbaycan və Rusiyanın müdafiə nazirləri arasında telefon danışığına dair məlumat yayıb.

Azərbaycan MN-in yaydığı məlumatda qeyd olunub ki, avqustun 2-də Rusiya Federasiyasının müdafiə naziri, ordu generalı Sergey Şoyqunun təşəbbüsü ilə Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov arasında telefon danışığı olub.
Məlumata görə, telefon danışığı zamanı tərəflər regional təhlükəsizlik, eləcə də qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Oxşar xəbərlər

SON XƏBƏRLƏR