"Vətən səsi" xəbər verir ki, bu barədə sosial şəbəkələrdə videogörüntülər yayılıb. Məlumata görə, rus qoşunlarının növbəti qrupu Xocalıdakı əsas bazanı tərk edib. Rusiya sülhməramlıları Goran stansiyasında təyin olunmuş yerə toplaşır, oradan isə qatarla Rusiyaya yola salınır.
Xatırladaq ki, Rusiya sülhməramlı kontingenti 2020-ci il 10 noyabrda Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanmış üçtərəfli Bəyanatdan sonra Qarabağda müvəqqəti yerləşdirilmişdi. Hərbi kontingentin Qarabağ bölgəsini tezliklə tərk etməsi prosesi aprelin 4-dən başlayıb. Rusiya Müdafiə Nazirliyinə məxsus ilk heyət və hərbi texnika Kəlbəcər rayonundakı alban məbədi Xudavəng monastrının ərazisindən çıxıb və proses digər ərazilərdə mərhələli çəkildə davam edib. Kremlin açıqladığı məlumata görə, sentyabr ayının sonuna qədər proses tam başa çatacaq.
Elxan SALAHOV