Bu barədə Hikmət Hacıyev “X” platformasında bildirib.
“Biz təşkilat çərçivəsində tərəfdaşlığımızı və əməkdaşlığımızı nəzərdən keçirdik və qarşıdan gələn qeyri-rəsmi Şuşa Sammitinin gündəliyini, həmçinin Azərbaycanda keçiriləcək COP29 çərçivəsində birgə fəaliyyətlərimizi və təşəbbüslərimizi müzakirə etdik. Eyni zamanda, Türk Dövlətləri Təşkilatının gələcək institusional inkişafını da. Prezident İlham Əliyevin vurğuladığı kimi, Türk Dünyası bizim ailəmizdir!” - deyə Hicmət Hacıyev qeyd edib. (APA)