Qəbulda Lüksemburqda fəaliyyət göstərən diplomatik korpusun, dövlət qurumlarının, ictimai, mədəni, işgüzar dairələrin nümayəndələri, KİV təmsilçiləri, burada yaşayan soydaşlarımız və azərbaycanlı tələbələr iştirak ediblər.
Əvvəlcə Azərbaycan və Lüksemburqun dövlət himnləri səsləndirilib.
Səfir Vaqif Sadıqov ölkəmizin qədim tarixi, mədəniyyəti, iqtisadiyyatı, yaradılmasının 106-cı ildönümü qeyd olunan Azərbaycan Demokratik Respublikası haqqında məlumat verib, müstəqilliyinin ilk günlərindən ikitərəfli və beynəlxalq tərəfdaşlıqlara böyük əhəmiyyət verən ADR-də Qərb ölkələrinin diplomatik nümayəndəliklərinin fəaliyyət göstərdiyini bildirib.
İkitərəfli münasibətlərdən söz açan səfir, Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra Lüksemburqun onu tanıyan ilk ölkələrdən olduğunu diqqətə çatdırıb. Diplomat iki ölkə arasında iqtisadi sahədə əməkdaşlıq üçün böyük potensialın olduğunu söyləyib.
Tədbirdə Azərbaycanın mədəniyyəti, təbiəti, regionları, eləcə də COP 29 qlobal konfransından bəhs edən videoçarxlar nümayiş olunub. (AZERTAC)