22.11.2024, 10:41
AZ EN
30.05.2024, 17:01 178

Zaxarova: Azərbaycan-Ermənistan sərhəddinin delimitasiyası regional sabitlik üçün mühüm əhəmiyyət kəsb edir

XƏBƏRLƏR
  • Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası regional sabitlik üçün mühüm əhəmiyyət kəsb edir.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova bugünkü brifinqdə deyib.

"Moskva Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə işlərin praktiki mərhələsinin başlanmasına nəzarət edir. Bu, regional sabitlik üçün mühüm əhəmiyyət kəsb edir", - o deyib.

Zaxarova vurğulayıb ki, Rusiya mütəmadi olaraq tərəflərə üçtərəfli razılaşmalar əsasında delimitasiya üzrə məsləhət yardımı göstərməyə hazır olduğunu təsdiqləyir.

Qeyd edək ki, 15 may 2024-cü il tarixində Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Komissiyaların növbəti 9-cu görüşü keçirilmiş, sözügedən Texniki Protokol razılaşdırılmış və bu barədə Komissiyaların müvafiq Protokolu imzalanıb.

Delimitasiya işləri nəticəsində 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilmiş və bununla Azərbaycan Respublikasının Qazax rayonunun 4 kəndinin: Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin (6,5 km2) Azərbaycana qaytarılması təmin edilib.

Mayın 24-də Azərbaycan Respublikasının Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin əraziləri Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb. (Report)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR