Bu barədə diplomat sosial şəbəkədə bildirib.
“Minalarla mübarizə üzrə konfransda iştirak etmək və Aİ-nin Azərbaycana dəstəyi üçün gələcək imkanları araşdırmaq məqsədilə bu səhər gözəl Zəngilana uçuram”, – o qeyd edib.
Xatırladaq ki, daha əvvəl Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev mayın ayında Zəngilan rayonunda minalarla mübarizə üzrə beynəlxalq tədbirin keçiriləcəyinin anonsunu vermişdi. Ötən gün isə BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Vladanka Andreyeva beynəlxalq konfransın mayın 30-da keçiriləcəyini təsdiqləmişdi. (Report)