23.11.2024, 12:17
AZ EN
26.05.2023, 12:54 139

Səfir: Aİ minaların təmizlənməsi sahəsində Azərbaycanla əməkdaşlığını davam etdirəcək

XƏBƏRLƏR
  • “Biz yeni minaların basdırılmasına imkan verməməliyik. Ottava Konvensiyası bunu dəstəkləyir”.

Bunu Bakıda keçirilən "Minalarla mübarizə - Dayanıqlı İnkişaf Məqsədlərinə gedən yol" mövzusunda beynəlxalq konfransda çıxışında Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko deyib.

Diplomat bildirib ki, qlobal lider olan Aİ Azərbaycanda minatəmizləmədə ən böyük donorlardan biridir, bu sahə əməkdaşlıq prioritetlərindən biridir.

“Bizi bu problemin həcmini görürük. 6 milyon avro məbləğində vəsait minatəmizləmə üçün cəlb olunub. Beynəlxalq tərəfdaşlar və yerli institutlarla işləyirik. Aİ minaların təmizlənməsi sahəsində Azərbaycanla əməkdaşlığını davam etdirəcək. Bu, həm maliyyə dəstəyini, həm də təcrübənin bölüşdürülməsini ehtiva edir. Bu ərazilərin yenidən bərpası üçün minatəmizləmə vacibdir. Aİ bu ərazilərdə yenidənqurma işlərində Azərbaycanı dəstəkləmək imkanlarını da öyrənir. Aİ sülhün, inkişafın olduğu Azərbaycanı, Cənubi Qafqazı dəstəkləyir, bu istiqamətdə işə sadiqdir”, - o deyib.

Sonda Aİ səfiri Azərbaycan xalqını qarşıdan gələn Müstəqillik Günü münasibətilə təbrik edib. (APA)

Oxşar xəbərlər