20.10.2024, 02:36
AZ EN
28.05.2024, 20:35 225

Gürcüstan parlamentinin sədri: Azərbaycanla regional sülhün təmin edilməsində sıx əməkdaşlıq edirik

XƏBƏRLƏR
  • "Gürcüstanla Azərbaycan arasında əməkdaşlıq sadəcə ikitərəfli əlaqələr deyil. Biz regional sülh və rifahın təmin edilməsi istiqamətində sıx əməkdaşlıq edirik".

Bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Tbilisidə 28 May - Azərbaycanın Müstəqillik Günü münasibətilə keçirilən rəsmi qəbulda çıxışı zamanı bildirib.

"Gürcüstanla Azərbaycan regional sülh və rifahın təmin edilməsi istiqamətində sıx əməkdaşlıq edir. Yalnız bu yolla biz ölkələrimizin inkişafını uğurla davam etdirə və regionun potensialından tam istifadə edə bilərik. Yalnız bu yolla biz Avropa ilə Asiya arasında möhkəm körpü qura və onun faydalarından tam istifadə etmək mümkündür", - Ş.Papuaşvili deyib. (Report)

Oxşar xəbərlər