Təbrikdə deyilir:
“Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda dost Azərbaycan xalqına səmimi təbriklərimi çatdırıram.
Monqolustan ilə Azərbaycan arasında ənənəvi dostluq münasibətlərinin və əməkdaşlığın davamlı şəkildə genişlənməsindən məmnunluğumu bildirirəm.
Bu xoş fürsətdən istifadə edərək, bu il Bakının BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının
29-cu sessiyasına (COP29) ev sahibliyi etməsi münasibətilə səmimi təbriklərimizi çatdırır və tədbirin uğurlu olmasını arzulayıram.
Zati-aliləri, Monqolustanın COP29-a töhfə verəcəyinə əmin ola bilərsiniz.
Cənab Prezident, Sizə və ailənizə möhkəm cansağlığı, firavanlıq, dost Azərbaycan xalqına isə rifah diləyirəm”. (APA)