Bunu yerli bürosuna Şimali Kipr Türk Cümhuriyyətindən olan müharibə iştirakçısı Burhan Cahangir bildirib.
O deyib ki, Qarabağı gəzdikcə 18 yaşında döyüşən zaman yaralandığ anları xatırlayır:
"1996-cı ildə Mausa bölgəsindəki Göyərçinlik birliyinə terror hücumu zamanı yaralandım, 9 qəlpə yarası aldım. Əsgər yoldaşım Allahverdi Kılıç isə şəhid oldu. Qarabağı gəzdikcə həmin döyüş anlarının hər saniyəsini yenidən xatırlayıram".
Qarabağda gördüklərindən dəhşətə gəldiyini deyən B.Cahangir Azərbaycanın bundan sonra sülh və sabitlik içərisində olacağına əmin olduğunu qeyd edib:
"Səfərimiz zamanı Qarabağda erməni vəhşiliyinin canlı şahidi olduq. Həm insanlarımıza, həm də torpaqlarımıza çox böyük yaralar vurulub. Təbii ki, bunlar insanlıqdan kənar olan addımlardır. Biz inanır və əminik ki, bütün bunlar artıq geridə qaldı. Təkcə dağıntı və xarabalıqlar yox, burada aparılan yenidənqurma işləri də diqqət çəkir. Azərbaycan dövləti Qarabağı yenidən qurub və bu yerləri cənnətə çevirəcək".
Qonaq həmçinin Xocalıda Şəhidlər xiyabanını da ziyarət edib. (Report)