23.12.2024, 16:56
AZ EN
22.05.2024, 19:09 259

Hakan Fidan: Azərbaycan və Ermənistan arasında yekun sülh sazişi imzalansa, bu, bütün regiona müsbət təsir göstərəcək

XƏBƏRLƏR
  • “Əgər Azərbaycan və Ermənistan arasında yekun sülh sazişi imzalansa, təkcə iki ölkəyə deyil, bu, bütün regiona müsbət təsir göstərəcək”.

Bunu Türkiyə Dövlətləri Parlament Assambleyası (TÜRKPA) Milli Müdafiə Komissiyası sədrlərinin 1-ci toplantısında çıxışı zamanı Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.

O, Ermənistanın işğal etdiyi 4 kəndin Azərbaycana qaytarılması və mayın 10-11-də Qazaxıstanın Almatı şəhərində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında keçirilən görüşün müsbət hal olduğunu da qeyd edib. (APA)

Oxşar xəbərlər