22.11.2024, 04:01
AZ EN
20.05.2024, 19:42 190

Latviya Seyminin sədri: Azərbaycan-Ermənistan sülh danışıqlarının uğurla yekunlaşacağına inanırıq

XƏBƏRLƏR
  • Ölkəmizdə rəsmi səfərdə olan Latviya Seyminin sədri Dayqa Mierinanın iştirakı ilə mayın 20-də Milli Məclisdə mətbuat konfransı keçirilib.

Ölkəmizə ilk dəfə səfər etdiyini və bu səfərdən məmnunluq duyduğunu dilə gətirən Latviya parlamentinin sədri Azərbaycana səfəri çərçivəsində Prezident İlham Əliyevlə və digər dövlət rəsmiləri ilə keçirdiyi görüşlərə dair təəssüratlarını bölüşüb, müzakirə olunmuş məsələlər barədə danışıb.

D.Mierina qeyd edib ki, səfər çərçivəsində keçirilən görüşlərdə Latviyanın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyi ifadə olunub, iqtisadiyyat, kənd təsərrüfatı, turizm, təhsil və digər sahələrdə münasibətlərin inkişafına, parlamentlərarası əlaqələrin perspektivlərinə dair müzakirələr aparılıb.

Səfər çərçivəsində Şuşa və Füzuli şəhərlərinə səfəri barədə məlumat verən Latviya parlamentinin sədri işğaldan azad olunmuş ərazilərimizdə aparılan tikinti-quruculuq işlərindən, Azərbaycanın COP29-a ev sahibliyi etməsinin əhəmiyyətindən danışıb, Azərbaycan və Ermənistan arasında gedən sülh danışıqlarının uğurla yekunlaşacağına inamını ifadə edib. (AZERTAC)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR